Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb

Şimali Koreya Yapon dənizi istiqamətinə doğru naməlum mərmi atıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Şimali Koreyanın hərbçilərinə istinadən məlumat yayıb.

Ballistik raketin buraxılışı ilə bağlı məlumatı Yaponiya Sahil Mühafizəsi də təsdiqləyib.

Bununla bağlı ərazidəki balıqçı qayıqlarına xəbərdarlıq edilib.

Qeyd edək ki, Şimali Koreya yanvarın 25-i və 27-də uzunmənzilli qanadlı və idarə olunan "yer-yer" raketini sınaqdan keçirib. Ölkə lideri Kim Çen In sınaqlarda iştirak etməyib.

#
APA