İrəvanda Rusiya və ABŞ-ın Ermənistandakı səfirliklərini partlatmaqla hədələyən şəxs saxlanılıb

İrəvan sakini Rusiya və ABŞ-ın Ermənistandakı səfirliklərini partlatmaqla hədələyib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, yanvarın 25-də polisə təhdid zəngi daxil olub.


Zəng edən şəxsin kimliyi müəyyən edilib, bundan sonra o, ertəsi gün polis bölməsinə aparılıb.

Faktiki olaraq müvafiq materiallar hazırlanır.