ABŞ-da ağı yol qəzası olub, 9 nəfər ölüb

ABŞ-ın Nevada ştatının Şimali Las-Veqas şəhərində altı avtomobilin toqquşub, 9 nəfər ölüb.

APA bildirir ki, bu barədə KTNV-TV kanalı yerli polisə istinadən xəbər verir.

Qəza şənbə günü baş verib. Polisin məlumatına görə, minik avtomobili yüksək sürətlə hərəkət edərək işıqforun qırmızı işığına dəyib və bir neçə maşına çırpılıb. Nəticədə qəzanın səbəbkarı da daxil olmaqla 9 nəfər ölüb, daha bir nəfərin vəziyyəti ağırdır.

Şəhər polisinin əməkdaşı Aleksander Cuevas bu qəza barədə belə deyib: “Biz heç vaxt belə çox sayda qurbanın olduğu yol qəzası ilə rastlaşmamışıq”.