Balıqçı gəmisində faciə: Qopan ayağı dənizdə itdi

Kocaelinin Kandıra qəsəbəsində faciəvi hadisə yaşanıb. Balıqçılar gəmidə toru yığarkən Cüneyd Çetinkayanın ayağı ipə dolanaraq qopub. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dizin altından qopan ayağı tapa bilməyən balıqçılar, sağlamlıq qruplarına xəbər verərək yaralı yoldaşlarını sahilə çıxarıb. Çetinkaya, təcili yardımla xəstəxanaya aparılıb və əməliyyata olunub.

Turan