İraqın XİN başçısı koronavirusa yoluxub

İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub.

“Report” “Al Sumaria”ya istinadən xəbər verir ki, bunu İraq Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Əhməd əl-Sahhaf açıqlayıb.

XİN sözçüsü bildirib ki, nazirin vəziyyəti yaxşıdır, o, sağalır və yaxın zamanda fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, İraqda indiyədək 2,2 milyon nəfərdə koronavirus aşkarlanıb. Ölkədə 24 376 nəfər virusdan ölüb.