İraq ordusu 6 İŞİD-çini zərərsizləşdirib

İraq Hərbi Hava Qüvvələrinin ölkənin şimalında endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in 6 yaraqlısı məhv edilib.

“Report” xəbər verir ki, bu barədə “Shafaq News” xəbər portalı məlumat verib.

Bildirilib ki, terrorçular xüsusilə Suriya ilə sərhəddə yerləşən Neynəva əyalətinin Şeyx Yunis yaşayış məntəqəsində gizlənib.

Aviazərbələrin F-16 qırıcıları vasitəsilə endirildiyi vurğulanıb.