Malaxov ağır xəstəlikdən əziyyət çəkir

Aparıcı Andrey Malaxov ağır xəstəlikdən əziyyət çəkir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Malaxov müalicəni xarici ölkələrdən birində alır. Bunun üçün o, tez-tez xaricə gedib gəlir.

Rus mediasının yazdığına görə 50 yaşlı aparıcı onkoloji xəstəlikdən əziyyət çəkir. Bildirilib ki, saçlarını itirən Malaxov parik taxır.