Ukrayna NATO-nun komanda-qərargah təlimlərində


Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” komanda-qərargah təlimləri başlayıb.

Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb.

Həmin məlumatda qeyd olunur ki, “Dynamic Move-2022” mina əleyhinə iki həftəlik komanda-qərargah təlimidir.

31 yanvar - 8 fevral tarixlərində keçiriləcək təlimlərə iki ölkə - Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.

Mənbə: TASS