Leyen açıqladı: Rusiya bu cür çökdürülür

Bu gün Avropa liderlərinin ratifikasiya etməsi üçün böyük və məqsədyönlü sanksiyalar paketini təqdim edəcəyik.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Bu paketlə biz Rusiyanın əsas texnologiyalara və bazarlara çıxışını əngəlləməklə Rusiya iqtisadiyyatının strateji sektorlarını hədəfə alacağıq.

Rusiyanın iqtisadi infrastrukturunu və modernləşmə imkanlarını zəiflədəcəyik. Həmçinin Rusiyanın Avropa Birliyindəki aktivlərini donduracağıq və Rusiya banklarının Avropa maliyyə bazarlarına çıxışını dayandıracağıq”, - Leyen bildirib.