“Azərbaycanın Ukraynaya yardımı, Rusiyada qıcıq yarada bilər..."



“...Amma nə etməliyik? Axı bütün proseslər,onun istəyi ilə tənzimlənməli deyil”   


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan lideri İlham Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə,Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.Bu barədə Zelenski Tvitter hesabında paylaşım edib: 
“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım.Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk.Dəstəyiniz üçün təşəkkür edirik”.

 Millət vəkili Aqil Abbas  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, hazırda Ukraynada insanların vəziyyəti yaxşı deyil:

 “Onların dərman, ərzaq və s. cəhətdən yardıma ehtiyacı var. Rəsmi Bakı belə bir durumda öz insanlıq borcunu yerinə yetirir. Bu hal Rusiyada, eləcə də digər ölkələrdə yaşansa idi, Azərbaycan tərəfi yenə də belə bir addım atacaqdı”. 

A.Abbas  diqqətə çatdırıb ki, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəmizin Rusiya ilə əlaqlərinə heç bir aiddiyəti yoxdur:

 “Ölkə başçımız  belə bir durumda da özünün, ümumilikdə, Azərbaycan xalqının humanistliyini göstərdi. Düzü, bu addım rəsmi Moskvada hansısa qıcıq yarada bilər. Amma nə etməliyik? Axı bütün proseslər,onun istəyi ilə tənzimlənməli deyil”.