Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbini açıqladı


“Gürcüstan Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmayıb, çünki bu, ölkənin turizminə, şərabçılarına, ixracatçılarına və fermerlərinə zərər verər”.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

“Müxalifət məndən nə tələb edir? Xalqıma qarşı sanksiya tətbiq edim? Bəs bundan kim itirəcək? Əhalimiz, iqtisadiyyatımız, maliyyə əməliyyatlarını həyata keçirə bilməyəcək bir milyondan çox soydaşımız”, - deyə o, bildirib.

Hökumət başçısı əlavə edib ki, həddindən artıq emosiya Gürcüstanın milli maraqlarına zərər verməkdən başqa heç nə verməyəcək.

Xatırladaq ki, Qaribaşvili ölkəsinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə-iqtisadi sanksiyalara qoşulmayacağını bəyan etmişdi.

Mənbə: RT