Avstraliya şirkətləri Rusiyadan neft alışını dayandırıb


Avstraliya şirkətləri Rusiyadan neft alışını dayandırıb
Avstraliyanın “Viva Energy” və “Ampol” neft şirkətləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar bu ölkədən xam neft alışını dayandırdıqlarını elan ediblər.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Həmçinin hər iki şirkət Ukraynada müharibə başlamamışdan əvvəl Rusiyadan iki partiyada xam neft aldıqlarını və bu yükün yaxın zamanlarda təyinat nöqtəsinə çatacağını açıqlayıb.

Şirkətlər eyni zamanda Rusiya Federasiyasının hərəkətlərini pisləyiblər.