Rusiyada KFC restoranlarının fəaliyyəti dayandırılır


“Yum! Brands” Rusiyada KFC-yə məxsus 70 restoranın fəaliyyətini dayandırır.

Bu barədə şirkətin açıqlamasında qeyd edilir:

“Yum! Brands” Rusiyada KFC-yə məxsus restoranların fəaliyyətini dayandırır və əsas franşiza ilə əməkdaşlıq edərək Rusiyadakı bütün “Pizza Hut” restoranının fəaliyyətini dayandırmaq barədə razılaşmanı yekunlaşdırır. Bu hərəkət bizim Rusiyada bütün restoran sərmayələrinin və inkişafının dayandırılması və Rusiyadakı əməliyyatlardan əldə edilən bütün gəlirləri humanitar məqsədlərə yönəldilməsi qərarımıza əsaslanır”.

Rusiyada bütün KFC şəbəkəsində ümumilikdə 1 100-dən çox restoran var ki, onlardan 70-i “Yum! Brands” şirkətinin özünə məxsusdur.

Mənbə: RİA Novosti