Zelenski və İsrailin Baş naziri Ukraynada müharibəyə son qoymağı müzakirə ediblər


Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni müzakirə ediblər.

Qeyd olunur ki, söhbət bir saatdan çox davam edib. Əsas mövzu Ukraynada hərbi əməliyyatların dayandırılması yollarının müzakirəsi olub. Bundan əlavə, söhbət İsrailin bu məsələdə göstərdiyi səylərə həsr olunub.

Xatırladaq ki, daha əvvəl Bennet Ukrayna və Rusiyanı döyüş meydanından danışıqlar masasına köçürmək üçün hər cür səy göstərməyə hazır olduğunu bəyan edib.