Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaşlarını hərbi yardımın həcmini artırmağa çağırıb.
O, çərşənbə axşamı Birləşmiş Ekspedisiya Korpusu dövlət başçılarının görüşündə videobağlantı vasitəsilə danışıb.
“Bu gün bizim üçün nəyin vacib olduğunu hamı bilir - təyyarələr. Sizin səyləriniz olmasaydı, çətin olardı. Amma daha artığına ehtiyacımız var. Bizim adamlar qənimətlər ələ keçirir, döyüş meydanındakı hər şeyi götürüb yenidən döyüşə göndəririk. Hətta köhnə sovet texnikasını döyüşə hazır vəziyyətə gətiririk. Sizdən aldıqlarımızı da istifadə edirik. Amma bir həftə ərzində verdiyinizi bizə 20 saata çatır. O qədər işğalçımız var ki, ordumuz onlara çəyirtkə deyir. Hər bir adamımıza - 20-30 nəfər onların adamı, bir tankımıza - onların 100 tankı düşür”, - deyə Zelenski bəyan edib.
Qeyd edək ki, Birgə Ekspedisiya Korpusuna Böyük Britaniya, Danimarka, Finlandiya, Estoniya, Latviya, Litva, niderland, İsveç və Norveç daxildir.
Mənbə: “İnterfaks”