Əfqanıstanın ABŞ-dakı səfirliyi və konsulluqları bağlanıb

Əfqanıstanın Vaşinqtondakı səfirliyi, Nyu-York və Los-Ancelesdəki konsulluqları maliyyə vəsaiti çatışmazlığı səbəbindən bağlanıb.
“Report” “Pajhwok” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Əfqanıstanın bu ölkədəki diplomatik missiyası gündəlik fəaliyyəti və artan problemlərin həlli üçün maliyyə vəsaitinin çatılşmazlığı problemi ilə üzləşib. Qeyd olunub ki, ABŞ adminstrasiyası səfirliyin bank hesablarını dondurduğu üçün səfirlik fəaliyyətini dayandırıb.

Səfirlik yaranmış vəziyyətlə əlaqədar ABŞ-ın Dövlət Departamentinə müraciət edərək diplomatik missiyaların fəaliyyəti üçün Vyana konvensiyasına əməl olunmasını istəyib.

“Vyana Konvensiyasına əsasən, səfirliyin və başqa diplomatik missiyanın təhlükəsizliyinə görə məsuliyyətin ABŞ administrasiyasına verilməsi ilə bağlı Dövlət Departamentindən yardım istəyib”, - səfirlikdən qeyd olunub.