İraqda qum fırtınası! Uçuşlar dayandırıldı

İraqı ağuşuna alan güclü qum fırtınası paytaxt Bağdadda uçuşların dayandırılmasına səbəb olub.
Sherg.az türk mediasına istinadən bildirir ki, İraqda aprel ayının əvvəlindən təsirli olan qum fırtınası paytaxt Bağdad və ölkənin cənubun iflic vəziyyətinə salıb.Qum fırtınası səbəbindən görmə qabiliyyətinin azalmasından sonra Bağdad Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb. Bağdad Beynəlxalq Hava Limanından verilən açıqlamada hava şəraitinin yaxşılaşmasından sonra uçuşların bərpa ediləcəyi açıqlanıb.

İraqda ötən həftədən bəri təsirli olan qum fırtınasında 5 nəfər həyatını itirib, 717 nəfər xəstəxanaya yerləşdirilib. 

Turan