NATO-nun iyulda keçiriləcək sammitində Ukraynadakı durum müzakirə olunacaq

“NATO-nun iyulda keçiriləcək sammitində Ukraynadakı vəziyyətlə əlaqədar təhlükəsizliyin gücləndirilməsi tədbirləri müzakirə olunacaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
O bildirib ki, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır: “Alyans miqyasında Ukraynadakı durum müzakirə olunacaq. Ukraynanı bütün gücümüzlə müdafiə etmək, o cümlədən silah-sursatla təmin etmək lazımdır. Biz bu barədə yekdil fikirdəyik. Sanksiya məsələsində isə biz yeni tədbirlər görməyə hazırıq”.