Tramp heç vaxt "Twitter"ə qayıtmayacağını bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp heç vaxt "Twitter"ə qayıtmayacaq.

Trend xəbər verir ki, bu barədə keçmiş prezidentin açıqlamasında deyilir.

"Təklifə görə minnətdaram, amma mən heç vaxt "Twitter"ə qayıtmayacağam", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, o, özünün "Truth" sosial şəbəkəsində olmağa üstünlük verir.

Ətraflı
Eyni zamanda D.Tramp hesab edir ki, sahibkar İlon Maskın sosial şəbəkə üçün ödəməyə hazır olduğu məbləğ çox yüksəkdir.

ABŞ-ın keçmiş prezidenti iddia edir ki, yalnız axmaq insan bu qiymətə "Twitter"i alar. "İlon isə axmaq deyil".