Ermənistan İstintaq Komitəsi əsgər Argişti Yeqiyanın intiharına görə 2 hərbçi yoldaşını həbs edib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi açıqlama yayıb.
Onlar Ermənistan Cinayət Məcəlləsinin 360-cı maddəsi ilə (intihar həddinə çatdırma) ittiham olunurlar.
Qeyd edək ki, Argişti Yeqiyan mayın 11-də hərbi hissələrdən birində intihar etmişdi.