Rusiya Finlandiya səfirliyinin iki diplomatını arzuolunmaz şəxs elan edib

Rusiya Finlandiyanın Moskvadakı səfirliyinin iki diplomatını persona non qrata (arzuolunmaz şəxs) elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xaici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiyanın Helsinkidəki səfirliyinin iki əməkdaşının Finlandiyadan çıxarılmasına etiraz olaraq bu addım atılıb.