Kanadada ildırım vurması nəticəsində 5 nəfər həlak olub


Kanadanın Ottava şəhərində və Ontario əyalətində ildırım vurması nəticəsində 5 nəfər həlak olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, təbii fəlakət güclü küləklə müşayiət olunub, nəticədə çox sayda elektrik xətti sıradan çıxıb. Metrologiya xidmətinin məlumatına görə, küləyin sürəti saatda 33 metrə çatıb.