Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 18 silahlısını zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcək.