Belqraddakı bəzi körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

28 May – Müstəqillik Günü münasibətilə Serbiyanın paytaxtı Belqraddakı bəzi körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Dunay çayı üzərindəki Brankov və Ada körpüləri şanlı bayrağımızın rənglərinə bürünüb.

Gecə saatlarında Azərbaycan bayrağının rənglərində işıqlandırılan körpülər möhtəşəm görüntü yaradıb.