Lüks evini 4,3 milyon dollara satır!

Komediya ustası Deyv Makkari ilə evli olan dünya şöhrətli amerikalı aktrisa Emma Stoun 1958-ci ildə tikilmiş Malibudakı evini satışa çıxarıb. Serg.az xarici media istinadən xəbər verir i, Stoun üç yataq otağı, iki vanna otağı olan uçurumun kənarında lüks ev üçün 4,3 milyon dollara alıcı axtarır. Komediyaçı ilə həyat yoldaşı malikanəni 2018-ci ildə 3,3 milyon dollara almışdılar.

163 kvadratmetrlik evin nəhəng pəncərələri Sakit okeana baxır. Çıxılmaz küçənin sonunda yerləşən ev yamyaşıl ağaclarla əhatə olunub. Nyu-Yorkda dəbdəbəli mənzilə sahib olan Stounun Los-Ancelesin Westwood bölgəsində birdən çox mülkü var.

2016-cı ildə "La La Land" filmindəki roluna görə "Ən yaxşı qadın aktrisa" Oskarını qazanan Emma Stoun iki il əvvəl 3 ildir birlikdə olduğu Deyv Makkari ilə evlənib. Deyv Makkari və Emma Stoun ilk övladlarını ötən ilin martında qucaqlarına alıblar.

Turan