Meksikada meymunçiçəyinə ilk insan yoluxma halı aşkarlanıb

Meksikanın səhiyyə orqanları ölkədə ilk insanda meymunçiçəyinə yoluxma faktını aşkar ediblər.

Trend-in məlumatına görə, virus ABŞ-ın 50 yaşlı sakinində aşkarlanıb. Həmin şəxsin Niderlanda son səfəri zamanı xəstəliyə tutulduğu güman edilir.