Nigeriyada xeyriyyə aksiyasında 30 nəfər ölüb

Nigeriyanın cənubundakı Port-Xarkort şəhərində kilsədə “Pulsuz mağaza” xeyriyyə aksiyası zamanı yaşanan izdihamda 30-dan çox insan ölüb, 7 yaralı var.

APA-nın “Al Jazeera“-yə istinadən verdiyi xəbərə görə, şənbə günü səhər saatlarında xeyriyyə aksiyası üçün kilsəyə gələnlər darvazanı sındırıb, izdiham yaşanıb.

Ölənlər arasında uşaqlar var.