Ermənistan Prezidenti Gürcüstana səfər edəcək

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan sabah Gürcüstana rəsmi səfər edəcək.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Salome Zurabişvili ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Prezidentlərin daha sonra mətbuata birgə açıqlaması olacaq.

Vaaqn Xaçaturyan səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və parlament sədri Şalva Papuaşvili ilə də görüşəcəyi bildirilib.