NATO Ukrayna və Moldova sərhədləri yaxınlığında təlimlərə başlayıb

NATO üzvü olan 5 dövlət Rumıniyanın Qalats bölgəsinin Smırdan yaşayış məntəqəsində beynəlxalq təlimdə iştirak edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli radio iyunun 3-də məlumat yayıb.
Qeyd olunub ki, təlimlərə ABŞ, Belçika, Bolqarıstan, İtaliya, Fransa və Portuqaliya hərbçiləri ilə yanaşı, mindən çox Rumıniya hərbçisi də cəlb olunub.
Xatırladaq ki, Smırdan Ukrayna sərhədinin 25 km-liyində, Moldova sərhədinin isə 10 km-liyində yerləşir.