ISW: “Rusiya Severodonetskdəki döyüşdən sonra hücumu davam etdirə bilməyəcək”

“Rusiya qoşunlarının Ukraynanın Luqansk vilayətini tamamilə ələ keçirmək və Donetsk istiqamətində irəliləmək planı yaxın vaxtlarda reallaşmayacaq”.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Qeyd edilir ki, Severodonetsk uğrunda uzun və yorucu döyüşlərdən sonra işğalçıların hücum potensialı xeyli azalıb, şəxsi heyətin əhval-ruhiyyəsi pisləşıb.
Mənbənin sözlərinə görə, Severodonetsk və Lisiçansk uğrunda şiddətli döyüşlər Rusiya ordusunun Donetsk vilayətində, xüsusən də Slavyansk və Kramatorsk istiqamətində hücumu davam etdirmək gücünü itirməsinə gətirib çıxaracaq.
Mənbə: Zn.ua