Kreml:Ukraynada əməliyyatlar hədəflərə çatana qədər davam edəcək

Rusiyanın Ukraynaya hücum etməsinin üzərindən 100 gün keçir. Hücumlar davam edərkən, Kreml “hərbi əməliyyat”la bağlı açıqlama verib.
“Sherg.az” Sabah-a istinadən xəbər  verir ki, Kremlin açıqlamasında ”hərbi əməliyyat”ın bütün hədəflərə çatana qədər davam edəcəyini bildirib.
"Bizim əsas məqsədlərimizdən biri Donetsk və Luqanskda insanları qorumaq, onların hüquqlarını təmin etməkdir", - Kreml sözçüsü Peskov bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də  televiziya ilə xalqa müraciət edərək, Ukraynanın şərqində xüsusi hərbi əməliyyata  başladıqlarını açıqlayıb. Beləliklə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayıb.