Mayamidə güclü yağışlar hərəkəti iflic edib

ABŞ-ın Florida ştatında tüğyna edən güclü yağış səbəbindən Mayamidə yolları su basıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.

Qeyd olunur ki, şəhərin bəzi küçələrində vəziyyət o həddə çatlb ki, içərisində insanların olduğu avtomobillər evakuasiya edilməli olub.

Yerli hakimiyyət orqanları yollarda vəziyyətin təhlükəli olduğu barədə xəbərdarlıq edib. Sakinlərə ünvanlanmış müraciətlərdə onlar su basmış yollara çıxmamaq və avtomobil idarə etməməyə çağırılır. Qeyd olunur ki, su basmış ərazilərdə elektrik naqilləri və yeraltı çatlar kimi təhlükələr ola bilər.