Bayden və xanımı təcili təhlükəsiz yerə təxliyə olundu

ABŞ Prezidenti Co Bayden və xanımı Cill Bayden həftəsonunu keçirdikləri Delaver ştatının Rexobot Biç şəhərindəki evlərindən təxliyə ediliblər.

Axar.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Ağ Ev sözçüsü evakuasiyanın ötən gün kiçik şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirildiyini bildirib.

“Prezident və birinci xanım artıq öz iqamətgahlarına qayıdıblar”, - məlumatda vurğulanıb.