Qazaxıstanda xaricə qanunsuz çıxarılan pulların qaytarılması üçün komissiya yaradılıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Prezident Qasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin görülməsi üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, - məlumatda deyilir.
Dövlət başçısının komissiyanın fəaliyyətinə şəxsi nəzarəti həyata keçirmək niyyətində olduğu vurğulanır.