Ukrayna DİN: "Son iki həftədə Rusiyanın 30-a yaxın silah-sursat anbarı məhv edilib"

"Son iki həftə ərzində Ukrayna hərbçiləri Rusiyanın 30-a yaxın silah-sursat anbarını məhv edib. Bu da onların ləngiməsinə səbəb olacaq".
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu yaxın zamanlarda hansısa qələbə qazana bilməyəcək: "Ona görə də bizi daha çox qorxudaraq danışıqlara məcbur etmək istəyə bilərlər. Rusiya ordusu dayanıb. Qarş tərəf əməliyyat fasiləsi barədə rəsmi açıqlama verib. Əslində, bu, fasilə yox, irəliləyə bilməməkdir”.
R.Smirnov deyib ki, Rusiya qoşunları irəlilədikcə işlərinin daha da çətinləşdiyini anlayır.
Bizim Telegram kanalım