Polşada Gürcüstan əsilli "qanuni oğru"lar saxlanılıb

Polşada həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyatda 2-si "qanuni oğru" olmaqla, ümumilikdə 4 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Sherg.az "24News.ge"-ə istinadən  xəbər verir ki, bu barədə yerli medialar məlumat yayıb.

Məlumata əsasən, Polşanın paytaxtı Varşavada "qanuni oğrular" arasında nüfuzun bölüşdürülməsi üçün "oğru yığıncağı" təşkil olunub. Lakin yığıncaq polis tərəfindən basılıb və 2 qanuni oğru -Sulxan Kloçrelidze və Mamuka Kvijinadze, həmçinin 2 kriminal avtoritet Aleksandre Pavliaşvili və Ramaz Jinçaradze saxlanılıb.

Sözügedən "oğru yığıncağı"nda tanınmış "qanuni oğru" Lavasoğlu ləqəbi ilə tanınan Mindia Giorgadze də iştirak edirmiş, lakin o və bir neçə kriminal avtoritet polisin əməliyyatından öncə yığıncaqdan qaça biliblər.

Qeyd edək ki, Varşavada saxlanılan "qanuni oğrular" İnterpol xətti ilə Gürcüstan tərəfindən axtarışa verilmiş şəxslərdir.