Türkiyədə zəlzələ baş verib

Türkiyədə növbəti dəfə zəlzələ baş verib.
Sherg.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, Malatyanın Akçadağ rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.
Saat 12.02-də baş verən zəlzələnin dərinliyinin 10.31 kilometr olub.
İlkin məlumatlara görə, zəlzələdə heç bir mənfi təsir yaşanmayıb.