''Autizm erkən uşaqlıq dövründə ən çox rast gəlinən ciddi xəstəliklərdən biridir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur (8 aylıq), lakin əksər hallarda 18-30 ay arasında da aşkar edilir''.
Bu fikirləri psixoloq Fərqanə Mehmanqızı "Sherg.az"a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, autizmə daha çox oğlanlarda rast gəlinir:
''Autizm zamanı problemlər əsasən üç sahədə olur. Bura sosial qarşılıqlı əlaqədə keyfiyyət pozğunluğu, şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozğunluq, məhdud maraq və fəaliyyət ,təkrarlanan hərəkətlər daxildir. Bir çox davranış xüsusiyyətlərindən autizmli şəxsləri təsvir etmək üçün istifadə olunur. Ancaq bu xüsusiyyətlərin heç biri bütün autizmli insanlarda olmur. Hadisələrin hamısı tez-tez, eyni anda baş vermir və simptomlar zamanla dəyişə bilir. Autistik xəstəliklərdə fərqli xüsusiyyətlərin görülməsinin səbəblərindən biri xəstəliyin şiddətdən yüngülə qədər bir çox formasının olmasıdır. Uşaqlarda autizmin müalicəsi həm psixoloji, həm də fiziki cəhətdən çətin və mürəkkəb bir prosesdir. Valideynlər bu uzun prosesə hazırlıqlı olmalı və müalicənin mütləq şəkildə nəticə verməyəcəyini bilməlidirlər. Uşaq autizmini müalicə etmək üçün dərmanlar faydasızdır. Lakin xəstəliyi müşayiət edən simptomları dayandıra bilərlər. Sosial uyğunlaşma və psixiatriya autizmin əsas müalicəsidir. Autizmin bir çox spesifik olmayan bioloji səbəbləri müəyyən edilmişdir. Hamiləlik və doğuşla əlaqəli bəzi problemlər isə inkişaf etmiş ana yaşı, hamiləlik dövründə qanaxma, dərman istifadəsi, viral infeksiya, qısa hamiləlik dövrü, aşağı çəkidir. Həmçinin ağlamada gecikmə, tənəffüs problemləri, yenidoğanın sarılığı və.s autistik simptomları olan uşaqlarda daha çox rast gəlinir. Ancaq bu problemlər bütün otistik uşaqlarda olmadığı kimi autizmə xas deyil''.