ABŞ və Misir ərzaq çatışmazlığından narahatdır

ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi dünyada ərzaq çatışmazlığından narahat olduqlarını bildiriblər.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında bildirilib.

Qeyd olunub ki, iki ölkə başçıları terrorizmlə mübarizədə əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər və “İslam dövləti” terror qruplaşmasına qarşı mübarizədə beynəlxalq koalisiyanın mühüm nailiyyətlərini alqışlayıblar.