Rusiyada radarlardan itən helikopterin qalıqları aşkarlanıb - YENİLƏNİB-1

Rusiyada radarlardan itən “Robinson” helikopterin qalıqları Kamçatkada aşkarlanıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu regionun qubernatoru Vladimir Solodov bildirib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Havada yanmağa başladığı bildirilən helikopterdəki 3 heyət üzvünün taleyi hələlik məlum deyil.

***

saat 08.48

Rusiyada Robinson helikopterinin axtarışına ikinci “Mi-8” helikopteri cəlb olunub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus, içərisində xilasedicilərin olduğu bir “Mi-8” helikopterinin axtarışa başladığı bildirilmişdi.

***

Saat 05:22

Rusiyada helikopter radarlardan itib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyə məxsus “Mi-8” helikopteri “Robinson”un axtarışı üçün havaya qalxıb.

“Robinson” helikopterinin göyərtəsində 3 ekipaj üzvü olub.

Hadisə ilə bağlı cinayət işi açılıb.