İraqda PKK "Akademiyası"nın rəhbəri zərərsizləşdirilib


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Duhok-Qara bölgəsində PKK terror təşkilatının “Apollon” təlim akademiyasına rəhbərlik edən yüksək rütbəli komandiri, "Dersim Malatya" kod adlı İzzəddin İnanı zərərsizləşdirib.

APA-nın “trthaber.com” saytına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı İzzəddin İnan 1992-ci ildə PKK terror təşkilatına qoşulduğu.

İzzəddin İnan Suriya və İraqda Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir sıra terror aktlarının təşkilində iştirak edib.