İranda dörd yeniyetmə həbs edildi - FOTO

İranlı dörd yeniyetmə iyulun 28-də Qərbi Azərbaycan əyalətinin Oşnəviyye (Üç Nova) şəhərinin ETTELAAT idarəsinə çağırılaraq həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, yeniyetmələrdən 16 yaşlı Pişva Şadab dünən SEPAH-ın Kəşfiyyat İdarəsində 8 saat dindirildikdən sonra zindana atılıb.
Saxlanılan yeniyetmələrin dindirilmədən sonra hara aparıldıqları barədə heç bir məlumat verilməyib.