Türkiyə İrana humanitar yardım göndərdi - FOTO

İranda baş verən daşqınlarla əlaqədar olaraq Türkiyə humanitar yardım göndərib.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi deyib.

"İranda baş verən daşqınlar ilə əlaqədar olaraq Hərbi Hava Qüvvələrimizə məxsus nəqliyyat təyyarəsi lazım olan çadır və yorğan kimi yardım materiallarını çatdırmaq üçün Ankara Etimesqut Hava Limanından yola düşüb. Əraziyə daha bir təyyarənin göndərilməsi planlaşdırılır", - deyə nazirlik bildirib.