İlk gəmi sabah Odessa limanını tərk edə bilər

Ukrayna limanından taxılla yüklənmiş ilk gəminin sabah çıxması planlaşdırılır - İbrahim Kalın


Ukraynanın Odessa limanında taxılla yüklənmiş ilk gəminin çıxışı yəqin ki, sabah baş tutacaq.

Trend xəbər verir ki, bunu "Kanal7" telekanalının efirində Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bütün hazırlıqlar tamamlanıb və ilk gəmi sabah Odessa limanını tərk edə bilər.