KİV: İsrail Səhiyyə Nazirliyinin baş direktoru koronavirusa yoluxub

İsrail Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aşın COVID-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Naxman Aş Səhiyyə Nazirliyinin qüvvədə olan təlimatına müvafiq olaraq, özünütəcrid rejiminə keçib. Onun vəziyyəti yüngüldür.