Dünya türk xəstədən danışır: Əvvəlcə HİV və "Covid"ə, daha sonra meymun çiçəyinə...

Əvvəlcə HİV-ə yoluxdu, sonra pandemiya zamanı "Covid"ə yaxalandı. Keçən iyun ayında  meymun çiçəyi virusuna görə 11 gün xəstəxanada yatdı və təxminən 3 həftə karantində qaldı. 

SHerg.az türk mediasına istinadən xəbər verir ki, İngiltərədə yaşayan 35 yaşlı Harun Tulunay bir vaxtlar meymun çiçəyi ilə bağlı təcrübəsini bölüşməsi dünyanın gündəminə çevrilib. Tulunay başına gələnləri danışıb.



 
Keçən iyun ayında İngiltərənin paytaxtı Londonda meymun çiçəyi diaqnozu qoyulan türk Harun Tulunay Avropada bu xəstəliklə bağlı təcrübəsini sosial mediada açıq şəkildə paylaşan ilk xəstə olub.
Tulunayın  açıqlamaları Birləşmiş Millətlər Təşkilatının (BMT) və ÜST-ün rəsmi internet saytlarında da paylaşılıb.

Tulunay 2015-ci ildə İngiltərədə məskunlaşdığını, 2016-cı ilin iyununda HİV-ə yoluxduğunu və pandemiya dövründə "Covid"ə yaxalandığını deyib və meymun çiçəyi diaqnozu ilə bağlı təcrübəsini ümumiləşdirib:

"İyun ayının əvvəlində yüksək hərarət və həddindən artıq qızdırma, üşütmə, tərləmə, limfa vəzilərinin şişməsi ilə xəstələndim. Bir həftə qızdırmam düşmədi. Sonra tüpürə bilmədiyim üçün xəstəxanaya yerləşdirildim. 3 gün sonra testim müsbət çıxdı."

Tulunay, ilk dəfə 30 il əvvəl rast gəlinən  və hazırda  təsiri tam bilinməyən bir xəstəliklə otaqda təkbaşına karantində qalmağın  böyük bir travmaya səbəb olduğunu söyləyib.

"Xəstəxana otağında dörd divar var, pəncərəsi belə açılmır. Həkimlər içəri girəndə yüksək qoruyucu kostyum geyinir, girəndə toxunduğunuz heç bir şeyə toxunulmur, otağınıza girən heç bir şey yenidən çölə çıxmır. Gördüyünüz tək şey. həkimlərinizin qoruyucu geyimində olan iki gözüdür. Təbii ki, qorxuludur. O zaman buradakı (Türkiyədə) dostlarımla danışıb ağlayırdım, əcəba  ölürəmmi? Heç nə yaxşıya getmir deyə əndişələnirdim."

Tulunay,  HİV-in  pozitiv diaqnozu də daxil, heç bir şeyin buna bənzəmədiyini vurğulayaraq,  xəstəliyin yaratdığı ümidsizlik bir yana, bir də qapalı yerdə, ətrafdan təcrid olunmuş  durumda  yaşamanın çox sarsıdıcı olduğunu vurğulayıb.

Turan