Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Barış Pınarı bölgəsində hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorçuları aşkar edildikləri yerdə zərərsizləşdirməyə davam edəcəyik!”,- deyə məlumatda qeyd olunub.