Peruda mikroavtobus uçuruma yuvarlanıb, 16 nəfər ölüb

Perunun mərkəzində mikroavtobusun uçuruma aşması nəticəsində azı 16 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” məlumat yayıb.

Məlumata görə, nəqliyyat vasitəsi Xunin əyalətində 200 metr yüksəklikdən düşüb. Yaralı xəstəxanaya aparılıb.

İlkin məlumata görə, ölənlər arasında bir neçə uşaq da var. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.