Şolts: “Ukrayna hətta Almaniya ordusunda olmayan silahları alır”

“Mətbuatda Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.
O deyib ki, Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən ölkə Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir.
“Biz əlimizdə olan hər şeyi çatdırdıq: tank əleyhinə və zenit raket sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və s. O vaxtdan biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemlər, zenit raket sistemləri, radarlar. Bu sistemlərin bəziləri o qədər yenidir ki, hətta onlardan çox az bir hissəsi istehsal edilib, bəziləri isə hətta Almaniya ordusunda yoxdur”, - deyə Şolts qeyd edib.

Mənbə: UNİAN