NATO-nun Baş katibi ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

NATO-nun Baş katibi Yens Stoltenberq ilə Ukrayna Prezident Volodimir Zelenski arasında telefon danışığı olub.
“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi tviterdə yazıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə hərbi dəstəyin prioritetlərini müzakirə etdik. NATO və müttəfiqlərin Ukraynaya daha çox yardım göstərməsi son dərəcə vacibdir”, - o bildirib.